“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın və Madrid klubunun əzəli rəqibi “Barselona”nın oyununu müqayisə edib.
Arena.az AS dərgisinə istindən, italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
– “Barselona” “Real”dan daha yaxşı oynayırmı?
– “Barselona” çox yaxşı futbol oynayır, “Real” isə – fərqli, keyfiyyətli futbol nümayiş etdirir. Mənə Madrid “Real”ı xoş gəlir və “Barselona”nın necə oynadığını bəyənirəm. Eyni mərhələni istifadə etməklə, müqayisə aparmaq olar, amma bu iki komandanın üslubunu müqayisə etmək çətindir. Çünki bu, daha çox oyunçulardan asılıdır. “Real” fərqli xüsusiyyətlərə malikdir, nəinki “Barselona”. “Barselona”nın çox yaxşı, “Real”ın isə çox pis oynadığını demək olar. Mənə, öz komandamın necə oynadığı xoş gəlir. Mən artıq üç ildir ki, onu sevirəm. Daha çətin və ya daha asan mövsümlər olur. Hər şey dəyişir. Heç də həmişə eyni quruluşa malik deyilik. Oyunçular dəyişirlər, odur ki, bu dəqiq müəyyən edilmiş eyniyyəti dəyişmək olmur. Elə, həmin eyni eyniyyətə malik olmağa qalxmış kəs, nəhayət uğursuzluğa düçar olur.
29 turdan sonra “Real” 63 xalla İspaniya La Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Barselona” isə 66 xalla La Liqaya başçılıq edir.


