Basketbol: “Şəki” pley-offa vəsiqəni təmin etdi

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünün 20-ci turuna start verilib.

Arena.az xəbər verir ki, müntəzəm çempionatın son turunun ilk günündə bir qarşılaşma baş tutub

B qrupunun görüşü Lənkəranda keçirilib. Qrupun autsayderi “Lənkəran” lider “Şəki” ilə görüşüb. Meydan sahibləri ilk periodda üstün olsalar da, yekunda 29 xallıq fərqlə uduzublar.

Beləliklə, “Şəki” pley-offa yüksəlib. “Lənkəran” isə mübarizəni pley-ində davam etdirəcək.

Qeyd edək ki, tura aprelin 6-da yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
B qrupu, 20-ci tur
1 aprel

“Lənkəran” – “Şəki” 78:107 (23:22, 20:29, 22:32, 13:24)
Lənkəran Olimpiya İdman Kompleksi.

Xallar: Şəki – 36. Gəncə – 33. Ordu – 31. Sumqayıt – 27. Quba – 24. Lənkəran – 23.

Xəbəri sosial şəbəkələrdə paylaş: