“Milan”ın baş məşqçisi Serjio Konseysao İtaliya Kubokunun “İnter”lə evdə ilk yarımfinal oyunundan gözləntisini açıqlayıb.
Arena.az portuqal mütəxəssisin öyünöncəsi mətbuat toplantısında səsləndirdiyi müvafiq fikrini təqdim edir:
“İnter” kifayət qədər dərin, keyfiyyətli heyətə malikdir. Bizə, baş verənləri təhlil etmək gərəkdir ki, qələbə üçün nə edə biləcəyimizi təhlil edə bilək. Komandamız yaxşı fiziki formadadır, elə “Napoli” ilə oyunda (1:2) olduğu kimi. Elə, burada da biz öz gücümüzü ilk dəqiqədən son dəqiqəyə qədər nümayüş etdirmək üçün varıq”, deyə Konseysao vurğulayıb.
Xatırladaq ki, “Milan” – “İnter” oyunu bu gün, aprelin 2-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


