Flik Madrid “Atletiko”su ilə oyundan gözləntisini açıqladı

“Barselona”nın baş məşqçisi Hans Diter-Flik İspaniya Kral Kubokunun səfərdə Madrid “Atletiko”su ilə qarşıdakı cavab oyunu haqda danışıb.

Arena.az alman mütəxəssisin oyunöncəsi mətbuat toplantısında səsləndirdiyi fikrini təqdim edir:

“Bu oyun – finalöncəsi finaldır, mən isə finala yüksəlmək istəyirəm. Biz, komandamızın necə oynaması ilə qürur duyuruq, biz fantastik işləyirik. Amma bu, hələ başlanğıcdır, biz kubok uğrunda mübarizə aparmağa davam etmək istəyirik. “Atletiko” – möhtəşəm komandadır, onlar oyunları sona qədər necə oynamağı bilirlər, çox çətin olacaq.

“Atletiko” nəhəng fəallıqla oynayır, onlar öz üslublarına xilaf çıxmırlar. Biz hazırıq”, deyə Flik vurğulayıb.

“Atletiko” – “Barselona” oyunu bu gün, aprelin 2-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:30-da başladacaq.

Xatırladaq ki, Barselonada komandalar arasındakı ilk oyun 4:4 hesablı heç-heçə ilə başa çatıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: