Fransa Kubokunda ikinci finalçı: “Reyms”!

Bu gün futbol üzrə Fransa Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

Ötən gün finala yüksəlmiş PSJ-nin həlledici oyundakı rəqibinin adına “Kann” – “Reyms” matçında aydınlıq gəlib. Üç qolluq görüşün yekununda sevinən tərəf “Reyms” olub.

Fransa Kubokunda cari mövsümün qalibi mayın 24-də keçiriləcək final qarşılaşmasında müəyyənləşəcək. Həlledici oyunda PSJ ilə “Reyms” üz-üzə gələcəklər.

Fransa Kuboku
Yarımfinal
1 aprel

Dünkerk – PSJ 2:4
Qollar: Sasso, 7. Əl-Saad, 27 – Dembele, 45; 90+3. Markinyos, 48. D.Due, 62.

2 aprel

Kann – Reyms 1:2
Qollar: Ndoye, 52 – H.İbrahim, 14. Teuma, 58.