Liqa 1: “Nitsa” “Nant”a evdə uduzdu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 28-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Nitsa” doğma meydanda “Nant”la qarşılaşıb. Üç qolun qeydə alındığı oyunun yekununda qələbəni qonaq komanda bayram edib.

28-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
28-ci tur
4 aprel

Nitsa – Nant 1:2
Qollar: Abdi, 14 – D.Auqusto, 11. Abline, 38.

5 aprel

19:00. PSJ – Anje
21:00. Brest – Monako
23:05. Olimpik (Lion) – Lill

6 aprel

17:00. Lans – Sent Etyen
19:15. Monpelye – Havr
19:15. Reyms – Strasburq
19:15. Renn – Oser
22:45. Olimpik (Marsel) – Tuluza