“Jiroana”da icarə əsasında çıxış edən “Yuventus”un 28 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisi Artur Melo qarət edilib.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, hadisə Barselonada baş verib.
Artur Melo vətəni Braziliyaya uçuş üçün bilet almaq istəyərkən, xoşagəlməz anlar yaşayıb. İki quldur cəld bir surətdə braziliyalı futbolçuya yaxınlaşaraq hədələyib və göz açmağa imkan vermədən onun saatını çıxarıb aradan çıxıblar.
Başına gəlmiş hadisədən sarsılmış Melo dərhal polisə müraciət edib. Hazırda polis soyğunçuların axtarışı ilə məşğuldur.


