Xəbər verdiyimiz kimi, Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər müntəzəm mövsümünə yekun vurulub.
Arena.az xəbər verir ki, 20 turluq mübarizədən sonra komandaların yarışı hansı mərhələdə davam etdirəcəkləri müəyyənləşib.
A qrupunun lideri “Sabah”, ikinci olan “Naxçıvan” və 3-cü yeri tutan “Neftçi” birbaşa pley-offa vəsiqəni təmin ediblər. Onlarla yanaşı B qrupunun qalibi “Şəki” də pley-offa çıxıb.
Reqlamentə əsasən, digər klublar isə mübarizəyə pley-in mərhələsindən start verəcəklər.
Pley-in cütlükləri:
“Sumqayıt” – “Sərhədçi”
“Gəncə” – “Lənkəran”
“Ordu” – “Quba”
“Abşeron” – NTD
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində ən tez iki qələbə qazanmış klublar pley-offa vəsiqə qazanacaqlar.


