Serbiya Super Liqasının 30-cu turunun “OFK Belqrad”la ev oyununda 3:1 hesablı qələbə “Srvena Zvezda” üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, qələbə sayəsində sözügedən komanda ardıcıl 8-ci dəfə Serbiya çempionu adını qazanıb.
Ümumilkdə bu, “Srvena Zvezda”nın 36-cı çempionluğu – Serbiya rekordudur.
30 turdan sonra 86 xal toplamış bu komanda Serbiya Super Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Qırmızı Ulduz” ən yaxşı izləyicisi və əzəli rəqibi “Partizan”ı (63 xal) 23 xal qabaqlayaraq, çempion olub. “Srvenza Zvezda” 28 oyunda qalib gələrək, 2 oyunda heç-heçə edib, bir məğlubiyyət belə, yaşamayıb. “Qırmızı Ulduz” rəqib qapılarına 106 qol vurub, öz qapısından 22 qol buraxıb.


