Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 29-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun qapanış matçında “Araz-Naxçıvan” “Sumqayıt”ı sınağa çəkib.
Mərdəkandakı “Dalğa Arena”da baş tutmuş görüşü Cavid Cəlilov idarə edib. Qarşılaşma Naxçıvan təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.
Bu nəticədən sonra “Araz-Naxçıvan” hazırda Premyer Liqanın yarış cədvəlində 51 xalla üçüncü, “Sumqayıt” isə 29 xalla yeddinci pillədə qərarlaşıb.
Premyer Liqa
29-cu tur
7 aprel
“Araz-Naxçıvan” – “Sumqayıt” 2:0
Qollar: Ramon Maçado, 20-pen. Silvanus Nimeli, 65-öz qapısına.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Mərdəkan. “Dalğa Arena”, 18:00.
Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 2. Slavik Alxasov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 23. Nuno Rodriqes.
Baş məşqçi: Elmar Baxşıyev.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 23. Ronaldo Vaskes, 60. Tresor Mossi, 9. Bobur Abduholikov.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 94. Rəşad Əzizli, 6. Vüqar Mustafayev, 7. Rövlan Muradov, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 5. Alan Dias, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.


