Elmar Baxşıyev: “Sumqayıt”la matçda yaxşı iş gördük”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 29-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında açıqlama verib:

“Ağır oyun alındı. Sıx qrafikdə oynayırıq. Bu gün komanda meydanda yaxşı iş ortaya qoydu. Futbolçularımı təbrik edirəm. Qarşıdakı matçlara hazırlaşacağıq. Mövsümün sonudur. Önümüzdəki görüşlərə yaxşı köklənsək, bizim üçün daha faydalı olacaq”, deyə Elmar Baxşıyev vurğulayıb.

“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Oyuna pis başladıq. Bir neçə imkanımız olsa da, bunları qola çevirə bilmədik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Növbəti matçlara hazırlaşacağıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: