Azərbaycan millisi Monteneqro üzərində qələbəni əldən verdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi millimiz C Liqasının 4-cü qrupuna son səfər görüşünə çıxıb.

Liderlik uğurunda mübarizə aparan millimiz Monteneqro yığması ilə üz-üzə gəlib. Nikşiç şəhər stadionunda təşkil olunmuş oyunu Andorradan olan baş hakim Marta San Xuan idarə edib. Azərbaycan millisi qələbəni son anda əldə verib. 54-cü dəqiqədə Manə Mollayeva hesabı açıb. Meydan sahibləri 90+2-ci dəqiqədə penaltidən bərabərlik qolunu vurub.

Xatırladaq ki, Azərbaycan yığması daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə etmişdi, ikinci oyunda isə səfərdə Litvanı 2:0 hesabı ilə üstələmişdi.

Azərbaycan millisi bu qrupdakı sonuncu oyununu mayın 30-da evdə Litva yığmasına qarşı keçirəcək.

UEFA Millətlər Liqası
C Liqası, 4-cü qrup
8 aprel

Monteneqro – Azərbaycan – 1:1
Qollar: Yasna Dyokoviç, 90+2-pen – Manə Mollayeva, 54.
Baş hakim: Marta San Xuan (Andorra).
Nikşiç şəhər stadionu.

Monteneqro: 12. Anastasiya Krstoviç, 3. Aleksandra Popoviç, 5. Selma Liçina, 7. Sladana Bulatoviç (k), 8. Yasna Dokoviç, 9. Medina Deşiç, 10. Yelena Karliçiç, 16. Andela Toşkoviç, 17. Dariya Dukiç, 21. Andrea Yanyuşeviç, 22. Maşa Tomaşeviç.
Ehtiyat oyunçular: 1. Ayşa Kalaç, 2. Katarina Çadenoviç, 3. Maya Saranoviç, 6. Tanya Malesiya, 11. Yelena Petroviç, 13. Yovana Zuqiç, 14. Tatyana Osmayiç, 15. İvana Boriçiç, 18. Sara Simonoviç, 19. Nadja Stanoviç, 20. Nada Durdevaç, 23. Yelena Vuyadinoviç.
Baş məşqçi: Mirko Mariç.

Azərbaycan: 22. Nərgiz Əliyeva, 2. Diana Məmmədova, 3. Jalə Məhsimova, 4. Nigar Mirzəliyeva, 7. Manə Mollayeva, 5. Ayşən Əhmədova, 6. Esra Manya, 9. Sevinc Cəfərzadə (k), 11. Alina Dorofeyeva, 16. Nazlıcan Parlak, 20. Peritan Bozdağ.
Ehtiyat oyunçular: 1. Aytac Şərifova, 8. Firəngiz Teymurova, 10. Xanım Əsədova, 12. Günay İsmayılova, 13. Fidan Cəfərova, 15. Kamilla Məmmədova, 14. Coşqunə Əliyeva, 17. Aysun Muradova, 18. Alina Nəhmədova, 19. Sona Rəhimova, 21. Ayşən Salamzadə.
Baş məşqçi: Siyasət Əsgərov.

Xallar: Monteneqro – 5. Azərbaycan – 5. Litva – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: