“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti Çempionlar Liqasının “Arsenal”la ilk yarımfinal oyununu şərh edib.
Arena.az məlumat verir ki, “Real” Londonda baş tutmuş ilk oyunda “Arsenal”a gözlənilmədən 0:3 hesabı ilə məğlub olub.
“Bir saat ərzində komandam qaydasında idi, sonra isə biz iki dəfə cərimə zərbəsindən qol buraxmaqla, ağır bədəl ödədik. Oyunun son hissəsində bizim gərəkli mənəvi köklənməmiz yox idi. Bu, ağır məğlubiyyətdir. Xüsusən ona görə ki, bizə ikinci hissədə heç nə etmək müvəffəq olmadı. Bizinci hissədə isə komandam işinin öhdəsindən kifayət qədər yaxşı gəlirdi.
Bizim tərəfimizdən futbol yox idi? Bəli. Komandam mənən çökdü və qarşılıq verə bilmədi. Bu məqama qədər isə fəllığımız vardı”, – Ançelotti oyunsonrası mətbuat toplantısında açıqlayıb.
Komandalar arasındakı cavab oyunu aprelin 16-da Madriddə baş tutacaq.


