Niko Kovaç: “Barselonaya qələbə üçün gəlmişik”

Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç Çempionlar Liqasının 1/4 finalının “Barselona” ilə ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, xorvat mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Biz Hans-Diter Fliklə bir-birimizi yaxşı tanıyırıq və bir-birimizə hörmətlə yanaşırıq. Biz həmçinin bir-birimizin futbolunu necə gördüyümüzü bilirik. “Barselona”nın hücumunun gücünü dərk edirik və bizə keyfiyyətli surətdə müdafiə olunmaq gərək olacaq. Biz rəqibin zəifliklərindən istifadə etmək və bura ardınca gəldiyimiz qələbəni qazanmaq istəyirik”, deyə Niko Kovaç iddiasını ortaya qoyub.

“Barselona” – “Borussiya” oyunu bu gün, aprelin 9-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: