Əli Rəhimzadə: “Bu tilsimi qıra bilmirəm”

Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Əli Rəhimzadə (65 kq) Slovakiyada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, dördüncü dəfə bu uğura imza atan Əli Rəhimzadə Bratislavada baş tutmuş qitə birinciliyindəki çıxışını belə dəyərləndirib:

“Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Azərbaycan çempionatından əvvəl də təlim-məşq toplanışı keçmişdik. Artıq 4-cü dəfədir ki, Avropa çempionatında 3-cü yerə çıxıram. Dördündə də yarımfinalda uduzmuşam. Bu tilsimi qıra bilmirəm. İnşallah, dünya çempionu olaram. Üzərimdə əziyyət çəkən məşqçilərimi, federasiyamızı və xalqımızı sevindirərəm. Özümə çox inanırdım. Görünür, məğlub olduğum rəqib qələbəni məndən çox istəyirdi və qalib gəldi. Bu yarışda özümə əsas rəqib gördüyüm güləşçilər digər səbətdə yer almışdılar. İnşallah, növbəti yarışlarda bu səhvləri etmərəm. Sırf məğlub olduğum görüşü təhlil edib, üzərində çox çalışmalıyam”.

Xəbəri sosial şəbəkələrdə paylaş: