Altamirano rəqib qapıçı ilə toqquşaraq, həyatını itirdi

Perunun “Real Titan” klubunun yarımmüdafiəçisi Xelar Qonsales Altamirano Peru Kubokunun “Defensor Nueva” ilə oyununda vəfat edib.

Arena.az bu barədə “Real Titan”ın mətbuat xidmətinə istinadən məlumat verir.

Xoşagəlməz hadisə oyunun 70-ci dəqiqəsində baş verib. 21 yaşlı futbolçu topa sarı qurtarışla çıxmış rəqib qapıçı ilə toqquşaraq, ot örtüyü üzərinə sərilib. Altamirano təcli surətdə xəstəxanaya çatdırılıb. Amma həkimlərin səylərinə rəğmən, gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

“Sən bizi ağrı ilə tərk etdin, amma sənin futbola və ailənə məhəbbətin əbədi olaraq bizim qəlbimizdə qalacaq. Bu ağır məqamda biz sənin ailənə dəstək göstərəcəyik. Onlar tək deyillər, çünki onlarla biz və bütün futbol ictimaiyyəti var”, – “Real Titan”ın rəsmi başsağlığında deyilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: