Daniel Maldini “Kalyari”də!

“Milan”ın məzunu, “Atalanta”nın hücumameyilli yarımmüdafiəçisi Daniel Maldini bundan sonra “Kalyari”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Kalyari”nin rəsmi saytına istinadən xəbər verir.

Sözügedən klub 26 yaşlı italyan futbolçunu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

Xatırladaq ki, Daniel Maldini “Milan”ın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi “Montsa”, “Spetsiya”, “Empoli” və “Latsio”da da çıxış edib. “Atalanta” Maldinini 2025-ci ilin əvvəlində “Montsa”dan 13 milyon avro müqabilində heyətinə qatıb. Onun bu klubla müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvədədir.

Maldini “Atalanta” üçün 22 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Daniel Maldini İtaliyanın U-18, U-19 və U-20 yığmalarında oynayıb, əsas yığmada isə 2024-cü il oktyabrın 14-də debüt edib. Maldini millidə 6 oyun keçirib, fərqlənə bilməyib.

Daniel Maldininin qənimətlər muzeyində “Milan”la İtaliya A Seriyası çempionluğu (2021/2022) var.

“Transfermarkt” internet-portalı 24 yaşlı italyan yarımmüdafiəçinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Daniel Maldini “Milan”ın əfsanəvi futbolçusu Paulo Maldininin oğludur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: