Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 29-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Lans” doğma meydanda “Reyms”lə qarşılaşıb. Oyun qonaqların inamlı qələbəsi ilə yekunlaşıb.
29-cu turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
29-cu tur
11 aprel
Lans – Reyms 0:2
Qollar: Nakamura, 33; 88.
12 aprel
19:00. Monako – Olimpik (Marsel)
21:00. Tuluza – Lill
23:05. Strasbuq – Nitsa
13 aprel
17:00. Sent Etyen – Brest
19:15. Anje – Monpelye
19:15. Havr – Renn
22:45. Oser – Olimpik (Lion)


