Liqa 1: “Monako”dan Marsel “Olimpik”inə 3 cavabsız qol

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Strasbuq” – “Nitsa” matçında qalib müəyyənləşməyib. Üç qolluq “Tuluza” – “Lill” görüşü qonaqların qələbəsiylə yekunlaşıb. “Monako” isə doğma meydanda Marsel “Olimpik”inə 3 cavabsız qolla qalib gəlib.

29-cu turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
29-cu tur
11 aprel

Lans – Reyms 0:2
Qollar: Nakamura, 33; 88.

12 aprel

Monako – Olimpik (Marsel) 3:0
Qollar: Minamino, 34. Embolo, 58. Zakariya, 82-pen.

Tuluza – Lill 1:2
Qollar: Kressuel, 42 – Pardo, 21. Bakker, 45+4.

Strasbuq – Nitsa 2:2
Qollar: Emeqa, 51. Ameyav, 54 – Bard, 38. Ndayişimiye, 90+4.

13 aprel

17:00. Sent Etyen – Brest
19:15. Anje – Monpelye
19:15. Havr – Renn
22:45. Oser – Olimpik (Lion)