Basketbol: “Gəncə” ardıcıl 2 qələbə ilə pley-offda!

Kişilər arasında təşkil olunmuş Azərbaycan Basketbol Liqasında (ABL) bu gün pley-in mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Lənkəran” səfərdə məğlub olduğu “Gəncə” ilə bu dəfə evdə üz-üzə gəlib. Amma Lənkəran təmsilçisi cavab görüşündə də məğlub olub – 74:100.

Xatırladaq ki, bu komandaların ilk görüşündə də Gəncə təmsilçisi qələbə qazanmışdı – 96:92.

Beləliklə, “Gəncə” iki qələbə sayəsində pley-off mərhələsinə vəsiqə qazanıb.

Pley-in mərhələsinin digər cavab qarşılaşmaları sabah baş tutacaq.

Azərbaycan Basketbol Liqası
Pley-in mərhələsi, ikinci oyun
13 aprel

“Lənkəran” – “Gəncə” 74:100 (19:24, 18:21, 23:29, 14:26)
İlk oyun – 92:96.
Lənkəran Olimpiya İdman Kompleksi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: