“Santos” zədlənmiş Neymarla bağlı rəsmi bəyanat yaydı

“Santos” daha əvvəl zədələnmiş, “balıqlar”ın 33 yaşlı braziliyalı ulduz hücumçusu Neymarla bağlı rəsmi bəyanatını açıqlayıb.

Arena.az xatırladır ki, “Ney” Braziliya A Seriyasının “Atletiko Mineyro” ilə 4-cü tur ev oyununda (2:0) zədələnib.

“Əzələ zədəsindən sonra özünə gəlmiş və əzələ kütləsini yığmaq üçün hələ də məşq edən Neymar, meydana qayıdıb və “Atletiko Mineyro”ya qarşı qələbə ilə başa çatmış oyunun birinci hissəsdində o, sol ombasında narahatlıq hiss edib. Oyunçu müayinədən keçib, nəticədə onun ayağında yeni zədə aşkarlanıb, bu dəfə yarımvətər əzələsində. Neymar artıq müalicəsinə başlayıb. Əgər əvvəlki zədə haqda danışsaq, onda təkar zədə baş verməyib. Eyni zamanda idmançı əzələlərinin möhkəmləndirilməsi üzərində çalışacaq ki, yeni zədələrdən sığortalansın.

O, sonrakı müşahidələr və müalicənin yeni seçiləmlərinin müəyyənləşdirilməsi üçün mütəmadi olaraq öncədən müayinə ediləcək. Qərərgah və oyunçunun özü ilə birlikdə qərara alınıb ki, bu bərpa işi təklif ediləcək və gərək olarasa, onun meydana qayıdışının münasib vaxtına nail olmaq üçün bərpa məqsədilə yeni yanaşmalar öncədən qəbul ediləcək”, – klubun rəsmi bəyanatında deyilir.

Xatırladaq ki, bu il Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə müqaviləsinə xitam vermiş Neymar cari ilin iyun ayının sonuna qədər müddətə “Santos”la müqavilə imzalayıb.

Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə “balıqlar”ın əsas komandasında çıxış edib.

12 illik fasilədən sonra “Santos”un heyətində qayıtmış braziliyalı futbolçu cari mövsümdə “balıqlar” üçün 9 oyun keçirib, 3 qol və 3 məhsuldar ötürmə ilə fərlqənib.

Neymarın “Santos”da çıxışının ümümi mənzrəsi 234 oyun, 139 qol və 69 məhsuldar ötürmədən ibarətdir.

Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib və “blauqrana”nı öz istəyi ilə tərk edərək, PSJ-yə keçib. Bu, hələ də futbol tarixini ən bahalı keçidi olaraq qalmaqdadır – 222 milyon avro məbləğində əməliyyat.

“Ney” “blauqrana”nın heyətində 186 oyuna çıxıb, 105 qol vurub, 76 məhsuldar ötürmə verib. Braziliyalı ulduz “Barselona” ilə İspaniya La Liqasının (2 dəfə), İspaniya Kubokunun (3 dəfə), İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Neymar PSJ-də də 6 il keçirdikdən sonra 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Amma zədələrdən qurtula bilməyən təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində cəmi 7 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 59 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: