Xavyer Tebas: “İspaniya La Liqası ən səmərəli liqadır”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas bildirib ki, idmana yatırım baxımından İspaniya La Liqası ən səmərəli liqadır.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, Tebas nümunə olaraq İngiltərə Premyer Liqasını və İtaliya A Seriyasını İspaniya La Liqası ilə müqayisədə misal çəkib:

“İngiltərə Premyer Liqasında pullar havaya səpilir. Biz – idmana sərmayə qoyuluşu baxımından ən səmərəli liqayıq. İtaliya öz çempionatına xeyli yatırım edir, amma onun oyunçuları transfer bazarında çox da dəyər almırlar. Biz liqamızın iqtisadi səmərəsinə və tamlığına can atmalıyıq.

Bizim klublarımız daha çox çempionatın inkişafına qoyuluş edirlər. Hazırda mövcud olan məhsuldarlıq forması ən mühümdür”, deyə Xavyer Tebas vurğulayıb.

33 turdan sonra İspaniya La Liqasında 76 xalla “Barselona” başçılıq edir. 32 oyundan 69 xal toplamış “Real” 2-ci, eyni sayda oyundan 63 xal toplamış Madrid “Atletiko”su isə 3-cü pillədə yer alıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: