Birinci Liqa: “Gəncəbasar” və “Şimal”dan darmadağın

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 6-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Gəncəbasar” “Zaqatala” ilə ev oyununda 7 cavabsız qolla qalib gəlib. “Şimal” da “Baku Sportinq”lə oyunda darmadağına imza atıb. MOİK isə “Karvan”la ev oyununda inamlı qələbəyə sevinib.

Birinci Liqa
6-cı tur

21 oktyabr

“Şahdağ Qusar” – “Səbail” 1:0
Qol: Aqil Nəsibov, 50.
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Asif Abdullayev, İslam Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu.

“Xankəndi” – “Mingəçevir” 0:1
Qol: Xəlil Bəşirov, 63.
Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Safalı Ağayev, Namiq Bəkirov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

22 oktyabr

“Gəncəbasar” – “Zaqatala” 7:0
Qollar: Süleyman Əhmədov, 18. Paulo Kimbila, 37. Dileyn Açimi, 45-pen; 52; 83. Rüfət Tahirov, 67. Derek Osey, 84.
Hakimlər: Maqsud Şamıyev, Rəhman Aslanov, Zakir Şükürzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu.

MOİK – “Karvan” 3:1
Qollar: Emin Zamanov, 62-pen; 82-pen. Elşad Tağıyev, 74 – Eze Sillas, 3.
Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Sevda Nuriyeva, Niyaz Əhmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu.

“Şimal” – “Baku Sportinq” 5:2
Qollar: Elşad Əliyev, 27-pen; 40. Mustafa Niambele, 70. Niyazi Osmanov, 78. Cavid Quliyev, 90+4 – Sadiq Hüseynli, 50. Əli Babayi, 84.
Hakimlər: Nazim Abdullayev, Sənan Atayev, Vüqar Bayramov, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: