“Milan”ın baş məşqçisi Serjio Konseysao İtaliya Kubokunun yarımfinal görüşünün cavab oyununda “İnter” üzərində qələbəni şərh edib.
Arena.az məlumat verir ki, ilk oyunda şərti meydan sahibi qismidə “neradzurri” ilə 1:1 hesablı heç-heçə oynamış “Milan”, şərti qonaq olduğu cavab oyununda əzəli rəqibini gözlənilmədən 3:0 hesabı ilə məğlub edib.
Konseysao matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Xırda təfərrüat vacibdir, mənə, komandamın hücum və müdafiədə mütəşəkkilliyi xoş gəldi.
Biz ilk bir neçə dəqiqədə azacıq zərərə uğradıq, amma nəhayət qol vurduq. Fasilədə isə biz bəzi məqamlarda əskikliklərimizi islah etdik, ardınca isə ikinci hissədə həqiqətən yüksək səviyyə nümayiş etdirdik. Komandam keyfiyyətə malikdir, həmçinin təvazökarlığı və hər oyunda qələbə qazanmaq istəyi var”, – “Football Italia” dərgisi portuqal mütəxəssisdən sitat gətirir.
Finala yüksəlmiş “Milan” həlledici oyunda “Empoli” – “Bolonya” cütünün qalibi ilə qarşılaşacaq.


