“Mançester Siti” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.

Arena.az xəbər verir ki, əvvəlcə “Tottenhem” 29-cu turdan təxirə salınmış oyunda “Sauthempton”la qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyun London təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Lider “Mançester Siti” isə 32-ci tur çərçivəsində “Aston Villa”nın qonağı olub. Bu oyunda da qapılara üç qol vurulub. Sonda qələbəni “şəhərlilər” bayram ediblər.

İngiltərə Premyer Liqası
21 aprel

29-cu tur

Tottenhem – Sauthempton 2:1
Qol: Beyl, 60. Son, 90-pen – İnqs, 30.


32-ci tur

Aston Villa – Mançester Siti 1:2
Qol: Makqinn, 1 – Foden, 22. Rodri, 40.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: