Artıq məlum olduğu kimi, “Real Sosyedad”ın baş məşqçisi, ispan mütəxəssis İmanol Alquasil cari mövsümün başa çatması ilə klubdan ayrılacaq.
Arena.az klubun mətbuat xidmətinə istinadən məlumat verir ki, yeni mövsümdən San-Sebastyan komandasını ispan mütəxəssis Serxio Fransisko çalışdıracaq.
46 yaşlı mütəxəssislə müqavilə 1 il müddətinə bağlanacaq.
Serxio Fransisko 2022-ci ildən “Real Sosyedad”ın İspaniya üçüncü liqasında çıxış edən ikinci komandasını çalışdırır. Bu gün – aprelin 26-da Fransisko “ağ-mavilər”in ikinci komandasının sükanı arxasında son oyununa çıxaq, aprelin 28-də isə birinci komandanın növbəti mövsümə hazırlıq planını tərtib etmək üçün işə başlayacaq.
Cari mövsümdə keçirdiyi 33 oyunda 42 xal toplamış Sosyedad komandası İsapniya La Liqasının yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb.


