Liqa 1-in cari mövsümünün rəmzi yığması açıqlandı

Fransa Milli Peşəkar Futbolçular İttifaqı (UNFP) Fransa Liqa 1-in 2024/2025-ci illər mövsümünün rəmzi yığmasını tərtib edib.

Arena.az məlumat verir ki, rəmzi komandanın 11 oyunçusundan 9-u liqanın cari mövsüm çempionu, Fransa nəhəngi PSJ-nin futbolçularıdır.

Rəmzi komandanın heyətini təqdim edirik:

Qapıçı: Lyuka Şevalye (“Lill”);

Müdafiəçilər: Əşrəf Hakimi, Markinyos, Vilyan Paço, Nuno Mendes (hamısı – PSJ);

Yarımmüdafiəçilər: Joao Neves, Vitinya (hər ikisi – PSJ), Rayan Şerki (“Olimpik”, Lion);

Hücumçular: Usman Dembele, Bradli Barkola, Dezire Due (hamısı – PSJ).

Xatırladaq ki, Liqa 1-də cari mövsümün Fransa çempionu adını erkən surətdə PSJ təmin edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: