Yaxın gələcəkdə futbol üzrə Fransa çempionatında (Liqa 1) çempionun müəyyənləşdirilməsi ələmə oyunları üzərindən gerçəkləşdirilə bilər.
Arena.az bu barədə “Ekip” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, yarışa dair islahatlardan biri, çempionun müəyyənləşdirilməsinin əlavə kiçik yarış üzərindən gerçəkləşdirilməsidir ki, bu da liqanın əsas mövsümünün yarış cədvəlindəki ilk dördlüyünün müvafiq əlavə yarışda iştirakını nəzərdə tutur.
Bildirilir ki, müvafiq islahat Liqa 1-də rəqabətin artırılmasına yönəlmiş bir tədbirdir. Belə ki, təklif iştirakçılarının araşdırmalarına görə, PSJ-nin çox illər ərzində “lotuluq” etdiyi yarış kommersiya baxımından cəlbediciliyini itirib. Kiçik yarış iki yarımfinal və bir final oyununu nəzərdə tutur.
Gözlənilir ki, ilk baxışdan Avropanın böyük futbol beşliyinin ənənələrinə yad olan müvafiq tərtibatı yerli klublar müsbət qarşılayacaqlar. Ancaq bu gözlənti də bir ehtimaldır. Belə ki, mənfi münasibəti doğuracaq əsas amil olaraq, bəzi komandaların onsuz da ifrat sıx olan oyun təqviminin müvafiq yeniliklə daha da yüklənməsini əsas gətirərək, buna qarşı olacağı istisna edilmir.
Xatırladaq ki, Fransa Liqa 1-in cari 2024/2025-ci illər mövsümünün çempionu adını Fransa nəhəngi PSJ erkən surətdə təmin edib.
Əlavə edək ki, son 13 mövsümün 10-da PSJ Fransa Liqa 1-də çempion olub. Parislilər yalnız 2016/2017-ci və 2020/2021-ci illər mövsümlərində çempionluqları müvafiq olaraq “Monako” və “Lill”ə uduzublar.


