“Milan”ın baş məşqçisi Serjio Konseysao İtaliya Kubokunun finalında “Bolonya”ya 0:1 hesablı məğlubiyyəti şərh edib.
Arena.az “Pazzi Di Fanta” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Birinci hissə kifayət qədər taraz keçdi, bizə, vacib olacaq birinci qolu vurmaq gərək idi ki, bu hər şeyi dəyişə bilərdi. İkinci hissədə də bunu etmək fürsətlərimiz vardı, amma bu gün biz rəqibin haqqını verməliyik. Onların vurduqları qoldan sonra bizim oyunumuzun yaxşı olacağına ümid etmək qalırdı, biz gərəkli səviyyə nümayiş etdirə bilmədik… İndi biziim məqsədimiz – “Roma” ilə qarşıdakı oyundan başlayaraq, çempionatı ləyaqətlə başa vurmaqdır. Bu, bizim azarkeşlərimiz üçün ciddi pərişanlıqdır, mən onlara necə çətin olduğunu bilirəm. Belə oyunların nəticəsi təfərrüata dayanır. Biz başa düşürük ki, bir çox baxışlarımız işə yaramadı, amma bu, futbol həyatının bir hissəsidir”, deyə Konseysao vurğulayıb.
Xatırladaq ki, “Milan” cari mövsümdə İtaliya Super Kubokunun qalibi olub. Çempionlar Liqasında isə “rossoneri” çıxışına yarışın final mərhələsinin 1/16 finalında – ələmə mərhələsində xitam verib.
İtaliya A Seriyasında “Milan” 36 oyundan toladığı 60 xalla yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Rossoneri” növbəti mövsümün avrokubok yarışlarına vəsiqə qazana bilməmək təhlükəsi ilə üz-üzədir.


