“Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın oyununda yaxışılaşdırılması gərək olan xüsusdan söhbət açıb.
Arena.az 60 yaşlı alman mütəxəsssisin xüsusi mətbuat toplantısında bu barədə səsləndiyi müvafiq fikrini təqdim edir:
“Müdafiə – bu, bizim yaxşılaşdıra biləcəyimiz bir məsələdir. Məsələ müdafiənin son xəttindən getmir. Hər şey hücumçulardan başlayır. Bizə yığcam bir sistem gərəkdir. Düşünürəm ki, biz səhvə yol verəndə, bunu yarı yolda aradan qaldırmağa cəhd edirik”, deyə Hansi Flik fikrini əsaslandırıb.
Xatırladaq ki, “Barselona” cari mövsümdə Flikin rəhbərliyi altında 3 qənimət qazanıb. “Barselona” 2024/2025-ci illər mövsümünün İspaniya Super Kubokunu, İspaniya Kral Kubokunu və İspaniya La Liqasını qazanıb. Flikin “Barselona”sı yalınız Çempionlar Liqasının yarımfinalında büdrəyib. İtaliya nəhəngi “İnter” “Barselona”nın “aşının suyunu verib” (səfərdə 3:3; evdə 4:3, əsas vaxt 3:3).


