“Liverpul” doğma meydanda xal itirdi, “Çelsi” qalib gəldi

Futbol üzrə İngiltərə Premyer Liqasında 33-cü turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, şənbə günü daha üç qarşılaşma baş tutub.

“Liverpol” bu turda “Nyukasl”ı sınağa çəkib. Komandalar bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Mövsümün uğurlu komandalarından sayılan “Vest Hem” bu dəfə “Çelsi” ilə çətin oyuna çıxıb. “Zadəganlar” bu oyunda minimal hesabla üstün olublar.

Premyer Liqanı tərk etməsi dəqiqləşmiş “Şeffild Yunayted” isə “Brayton”u məğlub yola salıb.

Bu turun “Fulhem” – “Tottenhem” və “Mançester Siti” – “Sauthempton” matçları daha əvvəl keçirilib.

İngiltərə Premyer Liqası
33-cü tur
23 aprel

Arsenal – Everton 0:1
Qol: Leno, 76-öz qapısına.

24 aprel

Liverpul – Nyukasl 1:1
Qol: Salah, 3 – Uillok, 90+5.


Vest Hem – Çelsi 0:1
Qol: Verner, 43.


Şeffild Yunayted – Brayton 1:0
Qol: Makqoldrik, 19.


25 aprel

15:00 Vulverhempton – Bernli
17:00 Lids – Mançester Yunayted
22:00 Aston Villa – Vest Bromviç
23:00 Lester – Kristal Pelas

Xəbəri sosial şəbəkələrdə paylaş: