Hansi Flik “Barselona” ilə müqaviləsini yeniləməsini şərh etdi

“Barselona”nın baş məşqçisi Hansi Flik Kataloniya klubu ilə müqavilə müddətinin uzadılmasını şərh edib.

Arena.az “Marca” nəşrinə istinadən, 60 yaşlı alman mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mən şadam, çünki səyahətimiz davam edir. Hiss edirəm ki, biz hələ yolun sonunda deyilik, bu komanda imkana malikdir. Bu, gənc bir komandadır, hansı ki, cari mövsümdə qazandıqlarımıza layiqdir və mən də onunla çalışmaqdan məmnunam.

Mənə, Barselonada olmaq, bu inanılmaz klubda və əlbəttə ki, bütün bu oyunçularla işləmək xoşdur. Bizim yaxşı münasibətlərimiz var. İndi biz yeni mövsümə hazırlığa başlayırıq, bizə səylə işləmək gərəkdir, çünki biz sıfırdan başlayırıq. Mən həmçinin bilirəm ki, bizə təkmilləşmək gərəkdir, biz bunu da edəcəyik.

Azarkeşlərimizə isə demək istəyirəm ki, növbəti mövsümdə biz səylə çalışacağıq və bütün güc-qüvvəmizi ortaya qoyacağıq. Biz daha çox qənimət qazanmaq üçün artırmaq istəyirik. Bu, “Barsa”dır, bizə qənimətlər qazanmaq gərəkdir”, deyə Hansi Flik vurğulayıb.

Flikin yenilənmiş müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Hansi Flik 2024-cü ilin iyul ayında “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Alman mütəxəssisin qarşısında bir məqsəd qoyulub – “Barsa”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.

Çalışdırdığı müddətdə Hansi Flik bu komandanı 59 oyuna çıxarıb, 43 qələbə, 7 heç-heç, 9 məğlubiyyət yaşayıb. Topların fərqi isə 171:72 nisbətindədir.

Kataloniya təmsilçisi cari mövsümdə alman mütəxəssisin rəhbərliyi altında 3 qənimət qazanıb. “Barsa” 2024/2025-ci illər mövsümünün İspaniya Super Kubokunu, İspaniya Kral Kubokunu və İspaniya La Liqasını qazanıb. Flikin “Barselona”sı yalnız Çempionlar Liqasının yarımfinalında büdrəyib. İtaliya nəhəngi “İnter” Kataloniya təmsilçisinin finala çıxmasına imkan verməyib (səfərdə 3:3; evdə 4:3, əsas vaxt 3:3).

Xəbəri sosial şəbəkələrdə paylaş: