Məlum olduğu kimi, 65 yaşlı italyan mütəxəssis Karlo Ançelotti “Real”ın sükanı arxasından ayrılıb və Braziliya millisini çalışdıracaq.
Arena.az məlumat verir ki, “Real”ın 24 yaşlı braziliyalı ulduzu, cinah hücumçusu Vinisius Junior özünün sosial şəbəkə hesabı üzərindən italyan mütəxəssisə açıq məktub ünvanlayıb:
“Təşəkkür edirəm, məşqçi. Hər şeyə görə. Siz ən yaxşısınız. Sizin Madridə gəlişinizdən bəri, siz mənim həyatımı həm bir oyunçu və həm də bir insan olaraq dəyişdiniz. Siz mənə əminlik bəxş etdiniz, məni tərəqqi etməyə sövq etdiniz və istər meydanda və istərsə də meydandan kənarda hər an mənim yanımda oldunuz.
Biz iki Çempionlar Liqasını, iki İspaniya çempionatını qazandıq və daha başqalarını… Amma hər şeydən çox mən, sizin mənə necə münasibət bəslədiyinizi və məni bu illər ərzində necə idarə etdiyinizi dəyərləndirirəm. Siz həmişə məni qoruyurdunuz, mən buna daha çox ehtiyac duymaqda ikən.
Bu gün “əlvida” demək çətindir. “Real”ın paltardəyişmə otağı sizin üçün darıxacaq. Mən darıxacağıam. Amma mən bunu da bilməkdən şadam ki, bizim yenidən görşəcəyimiz tarix var: indi artıq birlikdə, Braziliya millisinin futbol köynəyində. Bu, bir taledir. Mən sizi Braziliyadda gözləyəcəyəm.
Məhəbbətlə, Vinisius Junior”, – “Vini” duyğusalcasına paylaşıb.
Xatırladaq ki, mayın 29-da Ançelotti Braziliya millisinin sükanı arxasında işə başlayacaq. İtalyan mütəxəssis “selesao”nu 2026-cı il dünya çempionatında uğura daşımaq niyyətindədir.


