“Barselona”nın idman direktoru Deku “blauqrana”nın növbəti mövsüm üçün müəyyənləşdirdiyi əsas hədəfini açıqlayıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, Dekunun müvafiq açıqlamasını təqdim edir:
“Bizim məqsədimiz – UEFA Çempionlar Liqasını qazanmaqdır. Qələbə qazananda, hər şey daha da mürəkkəbləşir. “Barselona” qələblər qazanmaq uğrunda mübarizə aparmağa mükəlləf olduğuna inamını heç vaxt itirməməlidir. O komanda ki bizdə var, o məşqçi ilə ki biz müqavilə müddətini uzatmışıq, biz bütün qənimətlər uğrunda mübarizə apara bilərik. Biz buna təminat verə bilmərik, amma iddia edəcəyəmiz dəqiqdir”.
Xatırladaq ki, “Barselona” cari mövsümdə alman mütəxəssis Hans-Diter Flikin rəhbərliyi altında 3 qənimət əldə edib. “Barsa” 2024/2025-ci illər mövsümünün İspaniya Super Kubokunu, İspaniya Kral Kubokunu və İspaniya La Liqasını qazanıb. Flikin “Barselona”sı yalnız Çempionlar Liqasının yarımfinalında büdrəyib. İtaliya nəhəngi “İnter” Kataloniya təmsilçisinin finala çıxmasına imkan verməyib (səfərdə 3:3; evdə 4:3, əsas vaxt 3:3).


