Nikolas Pas – İtaliyada mövsümün ən yaxşı gənc oyunçusu

“Komo”nun argentinalı hücumameyilli yarımmüdafiəçisi Nikolas Pas İtaliya A Seriyasında mövsümün ən yaxşı gənc oyunçusu seçilib.

Arena.az bu barədə İtaliya A Seriyasının mətbaut xidmətində istinadən məlumat verir.

Cari mövsümdə Pas A Seriyasında (həmçinin ümumilikdə) 35 oyun keçirib, 6 qol və 9 məhsudlar ötürmə ilə fərqlənib.

Nikolas Pas Madrid “Real”ının məzunudur. “Komo” Pası 2024-cü ilin avqust ayında “Real”ın ikinci komandası “Kastilya”dan 6 milyon avro məbləğ müabilində tamhüquqlu əsasda heyətinə qatıb. Pasın “Komo” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Əlavə edək ki, “Real”ın Pası geri satınalma hüququ var.

Nikolas Pas 2024-cü ilin oktyabr ayında debüt etdiyi Argentina yığmasının heyətində 2 oyun keçirib, 1 məhsuldar ötürmə verib.

Pasın qənimətlər muzeyində “Real”la 2023/2024-cü illər mövsümündə qazandığı İspaniya La Liqası, İspaniya Super Kuboku və Çempionlar Liqası var.

“Transfermarkt” internet-portalı 20 yaşlı argentinalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: