Dünya futbolunun braziliyalı əfsanəsi Ronaldo 2018-ci ildə satın aldığı “Valyadolid”in özünə aid böyük səhm payını satıb.
Arena.az bu barədə “Valyadolid”in mətbuat xidmətinə istinadən məlumat verir.
“Yekədiş” ləqəbli Ronaldo “Valyadolid”də sahib olduğu böyük səhm payını Avropa fondunun maliyyə dəstəyi altında şimaliamerikan sərmayə qrupuna satıb.
Xatırladaq ki, 2024/2025-ci illər mövsümü “Puselo” üçün uğrusuz olub. “Valyadolid” İspaniya Sequndasına yuvarlanıb. 37 oyundan 16 xalla “Valydolid” İspaniya La Liqasının yarış cədvəlinin dibində – 20-ci pillədə qərarlaşıb.
Əlavə edək ki, klubun satışı haqda rəsmi bəyanat kargüzarlıq işlərinin bitməsilə elan ediləcək.


