Neymar: “DÇ-2026 azarkeşlərin təsəvvürünü dəyişə bilər”

Braziliya millisinin və “Santos”un hücumçusu Neymar 2026-cı ildə Kanada, Meksika və ABŞ-da keçiriləcək dünya çempionatından danışıb.

Arena.az ESPN şəbəkəsinə istinadən, ulduz futbolçunun müvafiq fikrini təqdim edir:

“Siz dünya çempionatının necə olacağını görəcəksiniz. Düşünürəm ki, bu, dəlilik olacaq! Əminəm ki, azarkeşlərin təsəvvürü lap yəqin dəyişəcək, bu da hamı üçün yaxşı olacaq!

Siz NBA basketbol oyununa sadəcə oyuna baxmaq üçün getmirsiniz ki… Yox, bu, əsl tamaşadır. Orada da, futbolda olduğu kimi, fasilə var, adamlar azarkeşlər üçün rəqs etmək məqsədilə ortaya çıxırlar. Ardınca daha bir fasilə də var ki, azarkeşlər topu səbətə atmaq üçün meydançaya çıxırlar. Oyun ərfəsində isə məşhur bir kimsə milli himni ifa edir. Onar tamaşaçını maraqlandırmaq üçün hər şey edirlər.

Əgər bu nümunəni əsas götürsək, onda bu, Braziliya futbolu üçün yaxşı olardı. Futbolda oyun 90 dəqiqə sürür, amma fasilədə heç nə baş vermir.

Hamı stadionun qapıları ağzına “küllənməyə” gedir. Stadionun daxilində nədən nəsə etməyək ki? Əyləncələri müxtəlif cür istifadə etmək olar. Həmçinin bu vaxt bütün iştirakçıların diqqətini yayındırmadan”, deyə Neymar fikrini bildirib.

Xatırladaq ki, növbəti ildə yarış 6 konfederasiyadan 48 milli yığma komandanın iştirakı ilə Kanada, Meksika və ABŞ-da keçiriləcək. Final oyunu isə İst-Raterfordun (Nyu-Cersi, ABŞ) əsas stadionunda oynanılacaq. Yarış iyunun 11-dən iyulun 19-na qədər davam edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: