Flik “Barselona” üçün mövsümün yekunlarını açıqladı

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “bluaqrana” üçün 2024/2025-ci illər mövsümünün yekunlarını açıqlayıb.

Arena.az “Marca” nəşrinin “Barça One” dərgisinə istinadı əsasında, 60 yaşlı alman mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Biz razı qala bilərik. Bizdə hər şeyin alındığını görmək, çox xoşdur. Bu oyunçularla və klubda çalışmaq – inanılmazdır. “Barselona” həmişə belədir ki, qənimətlər qazanmaq gərəkdir, mənim ilk mövsümümdə isə biz üç qənimət qazandıq. Bu, yaxşı yekun nəticədir”, deyə “Hansi” Flik vurğulayıb.

Xatırladaq ki, Kataloniya təmsilçisi cari mövsümdə alman mütəxəssisin rəhbərliyi altında 3 qənimət qazanıb. “Barsa” 2024/2025-ci illər mövsümünün İspaniya Super Kubokuna, İspaniya Kral Kubokuna və İspaniya La Liqasına sahib olub. “Barselona” yalnız Çempionlar Liqasının yarımfinalında büdrəyib. İtaliya nəhəngi “İnter” Kataloniya təmsilçisinin finala çıxmasına imkan verməyib (səfərdə 3:3; evdə 4:3, əsas vaxt 3:3).

Xəbəri sosial şəbəkələrdə paylaş: