Madrid “Real”ının 26 yaşlı mərkəz müdafiəçisi Xesus Valyexo yenidən “Qranada” klubu tərəfindən icarəyə götürülüb.
Arena.az bu barədə sözügedən klubların rəsmi saytlarına istinadən xəbər verir.
İspan futbolçunun qarşıdakı mövsümün sonuna (2024-cü ilin 30 iyununa qədər) kimi “Qranada” icarədə olacağı diqqətə çatdırılıb. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti də 2025-ci ilin 30 iyununa qədərdir.
Xatırladaq ki, Xesus Valyexo 2015-ci ildən “Real”da çıxış edirdi. “Saraqosa”nın yetirməsi olan futbolçu həmin vaxt 5 milyon avro müqabilində Madrid klubuna keçmişdi. Amma mərkəz müdafiəçisi bu illər ərzində “Real”ın heəyətində cəmi 35 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Valyexo “Real”da olduğu müddət ərzində “Ayntraxt”, “Saraqosa”, “Vulverhempton” və “Qranada” kimi klublarda da icarə əsasında çıxış edib.
İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.


