2025/2026-cı illər mövsümündə Azərbaycanı UEFA-nın bayrağı altında keçiriləcək turnirlərdə təmsil edəcək bütün komandalar dəqiqləşib.
Arena.az xəbər verir ki, bu, bu gün “Qarabağ” və “Sabah” komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final oyunundan sonra bəlli olub.
Həlledici matçda rəqibini üstələyən (3:2) “Sabah” həm tarixində ilk dəfə Azərbaycan Kubokunun qalibi olub, həm də Avropa Liqasına vəsiqə qazanıb.
Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” qarşıdakı mövsümdə UEFA Çempionlar Liqasında mübarizə aparacaq. Gümüş medalların sahibi olmuş “Zirə” ilə bürünc mükafatçı “Araz-Naxçıvan” isə Avropa Konfrans Liqasında çıxış edəcəklər.


