Müqavilə ilə İspaniya çempionu “Barselona”ya məxsus olan Aleks Valye birdəfəlik İtaliyanın “Komo” klubuna transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İtaliya klubu bu ilin fevralından “Barselona”nın B komandasından icarə əsasında heyətinə qatdığı 21 yaşlı ispan müdafiəçinin satın alınması variantından yararlanıb. “Komo”nun bu transfer üçün “Barsa”ya 6 milyon avro məbləğ ödədiyi bildirilir.
Aleks Valye “Barselona”nın yetirməsidir. O, Kataloniya klubunun əsas komandasında debüt şansı qazanmasa da, “Levante”, “Seltik” və “Andorra” kimi klublarda icarədə oynayıb. Valye “Komo”da keçirdiyi yarım mövsüm ərzində 15 oyun keçirib, fərqlənə bilməyib.


