PSJ-nin prezidenti, qətərli iş adamı Nasser Əl-Xelaifi Paris klubunun UEFA Çempionlar Liqasındakı qalibiyyətini şərh edib.
Arena.az xatırladır ki, PSJ Çempionlar Liqasının final oyununda İtaliya nəhəngi “İnter”i 5:0 hesabı ilə məğlub edərək, mötəbər qəniməti tarixində ilk dəfə muzeyinə aparıb.
“Bu uğura hər kəs öz töhfəsini verib. Biz bu möhtəşəm qəniməti qazanmaq üçün səylə zəhmət çəkmişik. Onu qazanmaq üçün bütün fransız futbol ailəsi çalışıb-vuruşub, yalnız PSJ deyil. Biz fransız klublarını təmsil edirik – bu, bizim üçün çox vacibdir. Mən, UEFA-nın, “Brest”i avrokuboklardakı möhtəşəm çıxışı münasibətilə təbrik etdiyini görəndə, fəxr edirəm. Mən Lion “Olimpik”inin Avropa Liqasının çərək finalına çıxdığını görəndə, qürur duyuram. Mən “Lill”in “Real”ı və ya “Monako”nun “Barselona”nı məğlub etdiyini görəndə, bu, bütün fransız klublarının uğuru deməkdir, bütün fransız futbolu adına uğurdur.
Biz bu qəniməti qazanmaq yolunda heç vaxt dayanmamışıq. Biz görkəmli məşqçimizin, idman direktorumuzun, görkəmli oyunçularımızın sayəsində bu qəniməti qazandıq, amma ən əsası, biz komanda olmağa necə müvəffəq olmağı bilirdik.
Gəlin, nikbin olaq, biz öz məqsədimizə çatacağıq, o dağlar arxasında deyil! Mən Premyer Liqanın, A Seriyasının, La Liqanın, Bundesliqanın bir çox oyunçuları ilə söhbətləşmişəm… Bizim çempionatımız elə, həmin səviyyədədir. Fransız klubları “Real”ı, “Barselona”nı, “Liverpul”u, “Mançester Siti”ni məğlub ediblər… Bu, nə deməkdir? O deməkdir ki, biz əhəmiyyətliyik. Narahat olmayın, biz məqsədimizə müvəffəq olacağıq. Mən ancaq bircə xüsus barəsində xahiş edirəm: biz vahid qalaq”, deyə Əl-Xelaifi vurğulayıb.
Əlavə edək ki, 2024/2025-ci illər mövsümündə PSJ həmçinin Fransa Liqa 1-in çempionu olub, eləcə də Fransa Kubokunu və Fransa Super Kubokunu qazanıb.


