Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman UEFA Miilətlər Liqasının yarımfinalında Portuqaliya yığmasına məğlubiyyəti şərh edib.
Arena.az xatırladır ki, “bundestim” oyunda hesabı açsa da, Portuqaliya yığması 2:1 hesablı əzmkar qələbəyə müvəffəq ola bilib.
Nagelsman matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Artıq ikinci hissədə biz oyunu rəqibə verirdik, baxmayaraq ki hesab 0:0 idi, Portuqaliya yığması isə bizə yüksək tələblər qoymurdu. Biz özümüzü meydanda təzahür etdirə bilmədik, topa gərək olduğu kimi sahib deyildik. Müdafiədə isə əvvəlki oyunlarla müqayisədə xeyli az aqressivliklə fəaliyyət göstərirdik.
Bu gün bizim, son oyunlarda oynadığımız həmin hiddətimiz əskik idi. Bu, son il yarım ərzində bizim ən zəif oyunlarımızdan biridir. Komandamın öz işinə münasibətinə gəlincə, onda bu, çox yüksək səslə deyilmiş sözdür. Bizim, meydanda əvvəlki kimi yaxşı komandamız vardı, amma fəallığımız kifayət qədər yüksək deyildi. Virtsin vurduğu qolan sonra biz oynamağı boşladıq. Hesab sadəcə 1:2 idi, amma belə bir təəssürat yaranırdı ki, sanki bu, 0:3-dür. Oyunun sonunda biz azacıq yorulmuşduq. Bəzi vəziyyətlərdə biz özümü yüz faiz göstərə bilmədik. İndi bizə, nə üçün belə baş verdiyini anlamaq gərəkdir – bu, bizim hər birimizə aiddir, məşqçilər də daxil olmaqla”, – “T-Online” dərgisi 37 yaşlı alman mütəxəssisdən sitat gətirir.
Xatırladaq ki, Portuqaliya yığması son 25 ildə ilk dəfə olaraq Almaniya yığmasını məğlub edə bilib. Bu, həmçinin Portuqaliya yığmasının Almaniyada ilk qələbəsi olaraq əlamətdardır. Sonuncu dəfə Portuqaliya yığması “bundestim”i 2020-ci ilin Avropa Çempionatının “A” qrupunun 3-cü tur oyununda 3:0 hesabı ilə məğlub etmişdi.
UEFA Millətlər Liqasının finalına yüksəlmiş Portuqaliya yığması həlledici oyunda İspaniya – Fransa cütünün qalibi ilə qarşılaşacaq. Almaniya yığması isə 3-cü yer uğrunda mübarizədə həmin cütün məğlub komandası ilə qarşılaşacaq.


