Pyer Kalulu “Yuventus”da qaldı – Rəsmi

“Milan”ın fransalı mərkəz müdafiəçisi Pyer Kalulu sözügedən klubu birdəfəlik tərk edərək “Yuventus”da oynamağa qərar verib.

Arena.az bu barədə Turin klubunun rəsmi saytına istinadən xəbər verir.

“Yuventus” onu 2024-cü ilin avqustunda ötən mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürmüşdü. Turin klubu müdafiəçinin çıxışından razı qaldığı üçün, onu birdəfəlik transfer etməyə qərar verib. Kalulunun bir mövsümlük icarəsi üçün 3,3 milyon avro ödəmiş “Yuve”, birdəfəlik transfer üçün daha 14,3 milyon avrosundan keçməli olub. 25 yaşlı futbolçu ilə müddəti 2029-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Pyer Kalulu Lion “Olimpik”inin yetirməsidir. Konqoəsilli fransalı futbolçu “Milan”a 2020-ci ilin sentyabr ayında 1,39 milyon avro müqabilində Fransa klubundan keçmişdi. 24 yaşlı müdafiəçi “Milan”ın əsas komandasında 112 oyuna çıxıb, 3 qol və 3 assistlə yadda qalıb.

Kalulu “Yuventus”un heyətində 39 oyuna çıxıb, 1 qola imza atıb.

Fransanın U-20, U-21, U-23 və Olimpiya yığmalarında oynamış Kaluluya əsas millidə debüt qismət olmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: