De la Fuente: “Portuqaliyaya məğlubiyyəti qəbul etməliyik”

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının final oyununda Portuqaliya yığmasına məğlubiyyəti şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, 63 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Portuqaliyalı futbolçular deyirdilər ki, biz, onların qarşı oynadıqları ən yaxşı rəqibik. Deməliyəm ki, Portuqaliya yığması misilsiz idi. Biz təşəbbüsə sahib olmaq istəyirdik, əgər buraxdığımız ikinci qol olmasaydı, indi biz sizinlə tamam başqa xüsus haqda fikir yürüdə bilərdik. Hər iki komanda ən yüksək səviyyə nümayiş etdirdi. Futbolda “ədalətli” və “ədaltsiz” deyilən anlayışlar yoxdur. Penaltiləri vurub qola çevirmək gərəkdir. Qələbə qazanmaq lazımdır. Bu gün Portuqaliya yığması görkəmli komanda olaraq ucaldı.

Deyə bilmərəm ki, biz topla necəsə pis oynayırdıq. Deyə bilmərəm ki, səmərəmiz əskik idi. Bizim möhtəşəm kombinasiyalarımız, qol fürsətlərimiz və hücuma keçidlərimiz vardı. Düşünürəm ki, biz öz işimizə çox düzgün yanaşdıq, indi isə bu nəticəni sadəcə olaraq qəbul etməliyik. Onlar qələbə qazandılar, biz isə – yox”, deyə De la Fuente vurğulayıb.

Xatırladaq ki, 2:2 (əlavə vaxt 0:0) hesabı ilə başa çatmış oyunun penaltilər silsiləsində Portuqaliya yığması 5:3 hesablı qələbə qazanaraq, UEFA Millətlər Liqasında 2-ci zəfərini əldə etməklə, mütləq rekorda imza atıb. Buna qədər Portuqaliya yığması 2019-cu il UEFA Millətlər Liqasında qalibiyyət qazanmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: