Belarusda təlim-məşq toplanışında olacaq qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyəti müəyyənləşib.
Arena.az bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, millimiz iyunun 25-dən iyulun 2-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olacaq. Komandamız hazırlıq müddətində yerli yığma ilə iki yoxlama oyunu keçirəcək. İlk görüş iyunun 28-də Jodinodakı “Torpedo” stadionunda, ikinci qarşılaşma isə iyulun 1-də Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.
Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov bu oyunlar üçün 23 futbolçuya dəvət göndərib:
- Aytac Şərifova – Hakkarigücü (Türkiyə)
- Nərgiz Əliyeva – Fatih Vətən (Türkiyə)
- Mehriban Şahməmmədova – Neftçi
- Nigar Mirzəliyeva – Zenit (Rusiya)
- Manə Mollayeva – Neftçi
- Fidan Cəfərova – Neftçi
- Kamilla Məmmədova – Yelimay (Qazaxıstan)
- Firəngiz Teymurova – Neftçi
- Coşqunə Əliyeva – Neftçi
- Sevinc Cəfərzadə – Krasnodar (Rusiya)
- Ayşən Əhmədova – Ünyespor (Türkiyə)
- Alina Dorofeyeva – Rubin Kazan (Rusiya)
- Ayşən Salamzadə – Neftçi
- Alina Nəhmədova – Neftçi
- Aysun Muradova – Gölbaşı Belediye Spor (Türkiyə)
- Peritan Bozdağ – Fatih Vətən (Türkiyə)
- Xanım Əsədova – Neftçi
- Vüsalə Seyfəddinova – Neftçi
- Milana Rəhimova – Ünyespor (Türkiyə)
- Röya Əliyeva – Sumqayıt
- Nərgiz Hacıyeva – Aktobe (Qazaxıstan)
- Nazlıcan Parlak – Qalatasaray (Türkiyə)
- Vüsalə Hacıyeva – Dirçəliş


