Almaniyanın “Leypsiq” komandasını yeni mövsümdə kimin çalışdıracağı məlum olub.
Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi Cessi Marş ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Marşla müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Cessi Marş hazırda Avstriyanın “Zalsburq” komandasını çalışdırır. O, bu mövsüm başa çatandan sonra “Leypsiq”i çalışdırmağa başlayacaq.
“Leypsiq”in baş məşqçisi hazırda Yulian Naqelsmanndır. 33 yaşlı mütəxəssis yeni mövsümdən “Bavariya”nı çalışdıracaq.
Bu mövsüm Bundesliqada keçirdiyi 31 oyunda 64 xal toplamış “Leypsiq” 2-ci pillədə qərarlaşıb. Komanda lider “Bavariya”dan 7 xal geri qalır.


