Ansu Fati: “PSJ-nin gününü qara edəcəyəm”

“Monako” 22 yaşlı ispaniyalı sol cinah hücumçusu Ansu Fati yeni mövsümdə Fransa nəhəngi PSJ ilə rəqabət haqda gözləntisini açıqlayıb.

Arena.az “Monako”nun rəsmi saytına istinadən, Fatinin müvafiq açıqlamasını təqdim edir:

“PSJ – yaxşı komandadır, biz hamımız bunu bilirik. Onlar bu yaxınlarda Çempionlar Liqasını qazanıblar. Biz onların həyatını bacardıqca qara gətirmək üçün buradayıq, bizim məqsədimiz budur. O komandada mənim böyük hörmət bəslədiyim dostlarım və insanlar var, məsələn, mənə milli yığma komandada debüt imkanı vermiş Luis Enrike, mən ona bunun müqabilində minnətdaram. Mən həmçinin Usman Dembeleni də tanıyıram, onunla “Barsa”da gözəl vaxtlarım olub. Mən onlara, bizimlə oyunlardan başqa, ən yaxşısını diləyirəm”, deyə Fati vurğulayıb.

Xatırladaq ki, Fati 2025/2026-cı illər mövsümünü “Monako”dan “Barselona”dan icarə əsasında çıxış edəcək.

Geridə qalmış mövsümdə Fati “Barselona”nın heyətində bütün yarışlarda məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 11 oyun keçirib.

Ansu Fatinin “blauqrana”nın heyətində çıxışının ümumi mənzərəsi 123 oyun, 29 qol və 10 məhsuldar ötürmədən ibarətdir.

Ansu Fati 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 10 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Fatinin qənimətlər muzeyində “Barelona” ilə qazandığı İspaniya Liqası çempionluğu (2022/2023), İspaniya Kuboku (2021/2024/2025) və İspaniya Super Kuboku (2022/2023) var. Fati həmçinin İspaniya yığması ilə UEFA Millətlər Lqiasının (2023) qalibi olub.

Transfermarkt” internet-portalı 22 yaşlı ispaniyalı sol cinah hücumçusunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: