Braziliya millisinin baş məşqçisi, 66 yaşlı italyan mütəxəssis Karlo Ançelotti 1 illik həbs cəzasına məhkum edilib.
Arena.az bu barədə EFE dərgisinə istinadən məlumat verir.
İtalyan mütəxəssis vergidən yayındığı üçün cəza alıb. Ançelotti onun sima hüquqları ilə əlaqədar gəlirləri gizlətməkdə ittiham edilir.
Ançelotti həmçinin 386361,93 avro məbləğində cərimə ödəməyə mükəlləf edilib. Prokurorluq italyan mütəxəssisi ümumilikdə 1062079 avro məbləğində vəsaiti mənimsədiyi üçün fırıldaqçılıqda ittiham edib: 2014-cü il vergi ilində 386361 avro məbləğ, 2015-ci il vergi ilində isə 675718 avro məbləğ.
Xatırladaq ki, bu müddətdə Ançelotti “Real”ın baş məşqçisi vəzifəsində çalışırdı.
Bu işin gedişində italyan mütəxəssis vergi qanunlarının mümkün pozuntusu ilə bağlı bir məsələ üzrə bəraət də alıb. Söhbət həmçinin “Real”da ikən Ançelottinin sima hüquqları ilə bağlı məsələdən gedir.
Vurğulanır ki, Karlo Ançelotti dəmir barmaqlıqlar arxasında oturmayacaq. Belə ki, İspaniya qanunvericiliyinə görə, müddəti iki ildən az olmaqla, ixtiyari qeyri-zorakı cinayətlərə dair daha əvvəl məhkum edilməmiş şəxslər barəsində hökmlər nadir hallarda müttəhimin dəmir barmaqlıqlar arxasına göndərilməsi ilə nəricələnir. Amma buna rəğmən, Ançelotti mükəlləf edildiyi pul cəriməsini ödəməli olacaq.


