2025/2026-cı illər mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb və Pedro Pinto ilə güclənib.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, elita təmsilçisi portuqaliyalı oyunçu ilə 1+1 illik müqavilə imzalayıb. 30 yaşlı müdafiəçi “Sumqayıt”ın heyətində “14” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, son klubu Anqolanın “Petro Luanda” olan Pedro Pinto karyerası ərzində Portuqaliyanın “Leyşoynş”, “Vitoriya” (Setubal), “Aroka” kimi klublarının da şərəfini qoruyub.
Xatırladaq ki, “Sumqayıt” daha öncə İsa Suliman və Roi Kehatla yeni müqavilə bağlamış, Miloş Miloviç, Rövlan Muradov, Momo Yansane, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Caloliddinov və Bobur Abduholikovla da yollarını ayırmışdı.


